AZ

"İmişli" 8 legionerlə müqavilə bağlayıb

Premyer Liqaya vəsiqə qazanan "İmişli" baş məşqçi postuna portuqaliyalı Xorxe Kaskilyanı dəvət etməklə yanaşı, heyəti gücləndirmək yönündə də çalışmalarını davam etdirir.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, bölgənin eyniadlı komandası yerlilərlə yanaşı, legionerlərlə də müqavilə bağlayır.

Hələ ki, klub tərəfindən açıqlama verilməsə də, etibarlı mənbədən daxil olan bilgiyə əsasən, "İmişli" 8 əcnəbi ilə artıq rəsmi müqavilə bağlayıb. O da məlumdur ki, klubun anlaşdığı legionerlərin əksəriyyəti Portuqaliya çempionatının aşağı dəstələrində çıxış etmiş futbolçulardır.

Qeyd edək ki, "İmişli" rəsmi olaraq 2 futbolçu - Azər Salahlı və Ronaldo Rodriqez de Souzanın keçidini açıqlayıb.

İdman.biz

Seçilən
2
33
idman.biz

10Mənbələr