ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xorvatiyanın "Dinamo" klubunun futbolçusu Sami Mmaenin "Qarabağ"a transferi baş tutmayıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasındakı danışıqlar uğursuz olub. Müdafiəçi maaşla bağlı razılığa gəlməyib.28 yaşlı mərakeşli oyunçu başqa təklif gələnədək Zaqreb təmsilçisində qalacaq. Futbolçu ilə başqa klublar da maraqlanır. Amma yenə də maaş danışıqlarda əsas rol oynayacaq.Qeyd edək ki, Samy Mmaee 2024-cü ildən Xorvatiya klubunda çıxış edir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.