sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ötən mövsümün yekunlarına görə, II Liqaya yuvarlanan "Qaradağ Lökbatan"ın yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, qəsəbə təmsilçisinin yeni çalışdırıcısı vaxtilə"Neftçi"nin uğurları üçün istər futbolçu, istərsə də məşqçi kimi tər tökən Kamal Quliyev olacaq.
49 yaşlı mütəxəssisin artıq köməkçiləri də məlumdur. Onun yeni işində Həbib Ağayev və qapıçılar üzrə məşqçi Etibar Şükürov yardımçı olacaq. Şükürov Amit Quluzadənin də dönəmində klubda çalışıb. Elə Ağayev də qəsəbə təmsilıçisi üçün yad sima hesab olunmur.
Qeyd edək ki, Quliyev məşqçi karyerası ərzində "Neftçi"nin məşqçisi olmaqla yanaşı, artıq tarixin yaddaşına köçmüş "Neftçala"nın da baş məşqçisi olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.