AZ

Tramp müharibədə Rusiyanın qələbəsini asanlaşdırmaq istəyir

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyanın Ukrayna münaqişəsində qələbəsini asanlaşdırmaq niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniyanın "The Spectator" jurnalı yazıb.

Nəşrin yazdığına görə, Amerika tərəfi Kiyevə silah tədarükünü dayandırmaqla təzyiq göstərir. O da qeyd edililir ki, bu, münaqişəyə son qoymağın ən sürətli yoludur.

Vladimir Zelenski iyulun 3-də deyib ki, o, ABŞ-ın silah tədarükünü davam etdirəcəyini gözləyir.

Tramp daha sonra bildirib ki, Vaşinqton Kiyevə hərbi yardım göstərməkdə davam edir, lakin azalmalar eyni zamanda ABŞ-ın özünün silaha ehtiyacı olmasından irəli gəlir.

İyulun 2-də “The New York Times” qəzeti yazıb ki, ABŞ “Patriot” hava hücumundan müdafiə sistemləri, GMLRS yüksək dəqiqlikli döyüş sursatları, “Hellfire” idarə olunan raketləri, “Stinger” portativ raket sistemləri və digər silahların Ukraynaya tədarükünü dayandıracaq.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
8
icma.az

10Mənbələr