AZ

Tramp Ukrayna ilə bağlı bu qadağanı götürə bilər

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə çox yaxşı söhbətdən sonra Ukraynaya “Patriot” raketlərinin tədarükünü bərpa edə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Röyters”də yayımlanan məqalədə bildirilir.

Məlumata görə, Tramp müsbət əhval-ruhiyyədədir və Ukraynanın Rusiyanın zərbələrindən qorumaq üçün kritik ehtiyac duyduğu hava hücumundan müdafiə raketləri də daxil olmaqla, dayandırılmış tədarüklərə yenidən baxmağa hazır olduğunu deyib.

Vurğulanır ki, Kiyev “resurs çatışmazlığı” adlandırılan ilkin ləngimələrə baxmayaraq, məsələnin tezliklə həllinə ümid edir.

Qeyd edək ki, Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.

Seçilən
11
50
axar.az

10Mənbələr