AZ

Pentaqon Ukraynaya silah tədarükünü DAYANDIRA BİLƏR

ABŞ Müdafiə Departamentinin rəsmiləri bu ilin mart ayından Ukraynaya döyüş sursatının tədarükünü dayandırmağı təklif edirlər.

News24.az xəbər verir ki, bu barədə "Politico" etibarlı mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Pentaqon ABŞ ordusunun Yəməndə husilərə qarşı həddindən artıq hava hücumundan istifadə etdiyinə dair narahatlıqlar fonunda fevral ayında döyüş sursatları ilə bağlı vəziyyəti xüsusi nəzərdən keçirib. 

Sonradan hava hücumundan müdafiə sistemləri, artilleriya və tanklar da daxil olmaqla, əsas sursat növlərini yenidən ABŞ və ya İsrailə yönləndirmək planları ortaya çıxdı.

"Pentaqon ABŞ-ın arsenalından Ukraynaya ən çox axtarılan sursatların göndərilməsini dayandırmaq üçün müdafiə naziri Pit Heqsetə memorandum təqdim etməyə hazır olduğunu bildirib. Lakin qərar departament kadr dəyişiklikləri ilə məşğul olduğu bir vaxtda aylarla müdafiə nazirinin masasında dayanıb", - Politico yazıb.

Aqil

Seçilən
16
33
news24.az

10Mənbələr