AZ

"Çelsi" klublararası dünya çempionatının yarımfinalına yüksəlib

Bakı, 5 iyul, AZƏRTAC

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında (KDÇ) ikinci yarımfinalçı məlum olub.

AZƏRTAC xəbər verir ki, 1/4 finalda İngiltərənin "Çelsi" komandası Braziliyanın "Palmeyras" kollektivi ilə qarşılaşıb. Görüş London təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da "zadəganlar" adını yarımfinal yazdırıb.

Daha əvvəl Braziliyanın "Fluminense" klubu 1/2 finala yüksəlib.

Klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.

Seçilən
0
29
azertag.az

10Mənbələr