AZ

Son 10 oyunda qol vura bilməyən hücumçu “Neftçi”yə gəlir?

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun “Radomyak”dan ayrılmasının səbəbi müəyyənləşib.

Sportinfo.az Polşa mətbuatına istinadən xəbər verir ki, Radom təmsilçisi 26 yaşlı futbolçu ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olmayıb.

Məlumatda bildirilib ki, ilin əvvəlində keçdiyi “Radomyak” karyerasını qollarla başlayan Dadaşov son 10 görüşdə heç nə ilə yadda qalmayıb.

Ekstraklasa təmsilçisinin onunla müqaviləni daha bir il uzatmaq hüququ olsa da, rəhbərlik bundan yararlanmamaq qərarına gəlib.

Hazırda bir neçə Avropa klubunun diqqət mərkəzində olan Renatın Azərbaycanda isə “Neftçi”dən təklif aldığı vurğulanıb.

Renat Dadaşov “Radomyak”dan əvvəl Türkiyənin “Ankaragücü” klubunda çıxış edib.

Seçilən
16
50
sportinfo.az

10Mənbələr