“Napoli” yarımmüdafiəçisi Andre Zambo-Anqissa ilə yeni müqavilə imzalayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər əməkdaşlığın uzadılması üçün müqavilədəki bir illik şərti aktivləşdiriblər.
Bu qərarla 29 yaşlı futbolçunun Neapol təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədər qüvvədə olacaq.
Kamerunlu oyunçu İtaliya klubuna 2022-ci ilin yayında “Fulhem”dən transfer olunmuşdu. O, 2024/25 mövsümündə “Napoli”nin heyətində 37 matçda meydana çıxaraq, 6 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.