AZ

“Real”ın hücumçusu ilə maraqlanır - İtaliyanın 4 klubu

“Real”ın hücumçusu Endrik karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, braziliyalı forvardla “Yuventus” yaxından maraqlanır və onu növbəti mövsüm üçün icarəyə götürmək niyyətindədir.

İtaliyanın Endrikə maraq göstərən digər klubları arasında “Napoli”, “Milan” və “Komo” da var.

18 yaşlı futbolçu “Real”a ötən yay transfer olunub. O, son mövsümdə “kral klubu”nun heyətində 37 oyunda meydana çıxıb, 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.

Seçilən
18
50
sportinfo.az

10Mənbələr