AZ

Ən çox satılan ağıllı saat markaları açıqlandı - SİYAHI

Counterpoint Research şirkəti 2025-ci ilin ikinci rübündə dünyada ən çox satılan ağıllı saat markalarının siyahısını açıqlayıb. Satışlar azalmağa davam etsə də, lider dəyişməyib.

Valyuta.az xəbər verir ki, hesabata əsasən, ümumilikdə ağıllı saat bazarında vəziyyət ürəkaçan deyil. Belə ki, bu sahədə ardıcıl beşinci rübdə illik satış azalması qeydə alınıb, bu dəfə azalma 2 faiz təşkil edib. Lakin Çin bazarında fərqli bir mənzərə müşahidə olunur. Çin daxilində ağıllı saat satışları 37 faiz artaraq ciddi yüksəliş göstərib.

Ən çox satılan markalar arasında lider dəyişdi

Ağıllı saat bazarının ən çox satılan markaları aşağıdakı kimidir:

2025-ci ilin ikinci rübü üzrə açıqlanan statistikaya görə, "Apple" 20 faizlik bazar payı ilə ağıllı saat sektorunda liderliyə qayıdıb. Birinci rübdə lider olan "Xiaomi" isə 10 faizə geriləyərək üçüncü yerə düşüb. Onların arasında 16 faizlə "Huawei" qərarlaşıb.

Məlumata əsasən, istifadəçilər getdikcə daha bahalı və texniki cəhətdən üstün modellərə üstünlük verir. Bu tendensiya "Apple"ın yüksəlişinə müsbət təsir edib. Belə ki, 100 dollardan ucuz modellərin satışında 17 faizlik azalma, 100 dollardan baha olanlarda isə 21 faizlik artım müşahidə olunub. "Counterpoint" analitikləri ilin sonunadək bazarda 3 faiz artım gözləyir.

Populyar markalardan üç ağıllı saat modeli

Ağıllı saat bazarındakı rəqabət artmaqda davam edir. İstifadəçilərin ehtiyaclarına cavab verən və funksionallığı ilə seçilən üç model xüsusilə diqqət çəkir:

“Redmi Band 5” – Yüngül, sadə və istifadəsi rahatdır. Sensorlu ekranı və müxtəlif tema seçimləri ilə fərqlənir.

“Apple Watch Series 10” – Suya davamlılığı ilə seçilir, üzgüçülük və sörfinq üçün uyğundur. 36 saata qədər enerji saxlayır və sürətli enerji yığma imkanı təqdim edir.

 

“Huawei Watch Fit 4 Pro” – Yüksək parlaqlığa malik ekranı ilə açıq havada da aydın görüntü təmin edir. Dalış rejimi və sağlamlıq izləmə funksiyaları ilə təchiz olunub.
Bu modellər həm gündəlik istifadə, həm də idman və sağlamlıq üçün əlverişli seçim hesab olunur.

Sərvanə Rəmixanova

Seçilən
14
50
valyuta.az

10Mənbələr