Rusiyalı baş məşqçi Sergey Yuran Türkiyənin “Serik Belediyespor” klubunu çalışdıracaq.
Publika.az xəbər verir ki, bu barədə klubun sosial media hesabındakı paylaşımda deyilir.
"Xoş gəlmisiniz, Sergey Yuran. Tapşırığı yerinə yetirməkdə sizə uğurlar arzulayırıq", - paylaşımda deyilir.
56 yaşlı Yuranın son iş yeri 2024-cü ilin aprelində tərk etdiyi Paris NN olub. Əvvəllər o, “Ximki”, “SKA-Xabarovsk”, “Zorki”, “Baltika” və digər komandaları çalışdırıb.