AZ

Məleykə Abbaszadə: Elektron imtahanlarla bağlı problemlər bütün dünyada mövcuddur

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Nəzərdə tuturuq ki, kontingenti 10 mindən çox olmayan imtahanları gələn ildən etibarən tam şəkildə elektron formada keçirək. Kontingenti 20 minə çatan imtahanlar isə hələlik kağız daşıyıcılar üzərindən təşkil olunacaq".

Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində deyib.

M.Abbaszadə əlavə edib ki, qarşıdakı beş il ərzində bütün imtahanların elektron formata keçirilməsi nəzərdə tutulur:

"Bu, bir tərəfdən, müsbət haldır, digər tərəfdən isə bəzi çətinliklər yarada bilər. Elektron imtahanlarla bağlı problemlər təkcə bizdə deyil, bütün dünyada mövcuddur. Hazırda bir sıra beynəlxalq imtahanlar onlayn keçirilir və biz bilirik ki, həmin imtahanlarda dələduzluq hallarına rast gəlinir. Bu imtahanlar nəticəsində əldə olunan sertifikatlara tam etibar etmək olmur. Belə halları ötən il də, bu il də aşkarlamışıq. İstəmirik ki, bizim imtahan sistemində də bu cür hallar yaşansın. Buna görə də mərhələli və ehtiyatlı şəkildə addımlar atırıq".

Aləmdə Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
27
oxu.az

10Mənbələr