Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə Əfqanıstan İslam Əmirliyininin müstəqilliyini (Taliban rejimi) tanımaq qərarına gəlib.
Bu barədə Kabildəki Rusiya səfiri Dmitri Jirnov “Rossiya-1” telekanalına açıqlamasında bildirib.
“Bu, Rusiyanın Əfqanıstanla tamhüquqlu tərəfdaşlıq qurmaq istədiyini göstərir”, – deyə diplomat vurğulayıb.
Rusiya, Talibanın 2021-ci ildə Əfqanıstanda hakimiyyəti bərpa etməsindən sonra bu rejimi rəsmən tanıyan ilk ölkə olub.
Xatırladaq ki, 1990-cı illərdə Taliban rejimi yalnız Pakistan, Səudiyyə Ərəbistanı və BƏƏ tərəfindən tanınmışdı.
2001-ci ilin dekabrında ABŞ-ın müdaxiləsi nəticəsində Taliban hakimiyyətdən uzaqlaşdırılmışdı.