Sosial şəbəkələrdə İngiltərənin "Liverpul" klubunun və Portuqaliya yığmasının futbolçusu Dioqo Jotanın ölümü ilə nəticələnən yol qəzasının görüntüləri yayılıb.
Publika.az xəbər verir ki, iyulun 3-nə keçən gecə İspaniyada Jotanın avtomobili partlamış təkər səbəbindən yoldan çıxaraq yanmağa başlayıb. 28 yaşlı Dioqo və onun kiçik qardaşı Andre yanğın nəticəsində həyatını itirib.
Qeyd edək ki, Jota Portuqaliya millisinin heyətində iki dəfə Millətlər Liqasının qalibi olub, həmçinin "Liverpul"la İngiltərə çempionluğu yaşayıb.
Heybət