AZ

Sağalıb, bu axşam oynaya bilər

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

"Real"ın baş məşqçisi Xabi Alonso Klublararası Dünya Çempionatının 1/8 final mərhələsinin "Yuventus"la oyunu ərəfəsində xəstəxanaya düşə komandanın hücumçusu Kilian Mbappenin özünü necə hiss etdiyi haqda danışıb.

Lent.az xatırladır ki, bir müddət əvvəl madridli futbolçu kəskin qastroenterit diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Bu səbəbdən o, turnirin qrup mərhələsinin bütün görüşlərini buraxıb.

İndi Alonso iddia edir ki, futbolçunun xəstəliyi keçib və təcrübəli hücumçunun “Yuventus” ilə oyunda iştirak edəcəyinə ümid etmək olar.

"Kilian Mbappe özünü daha yaxşı hiss edir. O, artıq oynamaq iqtidarındadır", - "Kral klubu"nun baş məşqçisi vuröulayıb

Qeyd edək ki, 1/8 finalın "Real" - "Yuventus" oyunu bu gün, iyulun 1-də keçiriləcək. Oyn Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
30
lent.az

10Mənbələr