AZ

Mask Cənubi Afrikaya deportasiya edilir... - Tramp danışdı...

Yazını böyüt
Yazını kiçilt

Tramp milyarderi deportasiya etməyi müzakirə edəcəyini bildirdi...

ABŞ prezidenti Donald Tramp, Elon Maskı ABŞ-dan deportasiya edilməsi məsələsini "müzakirə edəcəyini" bildirib.

Hafta.az “TSN”ə istinadla xəbər verir ki, Trampın bu açıqlamalarını “Clash Report” nəşri sitat gətirib. Onun sözlərinə görə, Maskın ABŞ-dan deportasiya məsələsi müzakirə ediləcək və milyarderin böyük itkilərlə qarşılaşacağı ehtimal olunur.

Tramp, "Mask, elektrikli avtomobillər üzrə mandatını itirməkdən kədərlənib, amma daha çox şey itirə bilər", – deyə əlavə edib.

Tramp və Mask arasında yeni qalmaqal…

Tramp və Mask arasında növbəti qalmaqal, milyarderin biznesinin bağlanması ilə nəticələnə bilər. Elon Mask prezident Donald Trampın büdcə qanunvericiliyini tənqid edərək, ABŞ Konqresi tərəfindən qəbul edildiyi təqdirdə yeni bir siyasi qüvvə yaradacağını bildirib.

Əvvəllər isə Tramp Maskı "möhtəşəm bir insan" adlandırıb və bildirib ki, Mask elektrikli avtomobillər sahəsindəki siyasətinə görə ondan inciyib.

Tramp həmçinin, "Mask işini bağlamaq məcburiyyətində qalacaq və heç bir dövlət subsidiyası almadan Cənubi Afrikaya qayıdacaq. Ola bilsin, onun fəaliyyətini yoxlamaq lazım gələcək?" – deyə prezident yazıb.

Trampın bu sözləri Maskın 2016-cı ildə Trampın seçki kampaniyasına 250 milyon dollar sərmayə qoymasına görə sərt reaksiyaya səbəb olub. Mask isə Trampın bu "nankorluğu"na etiraz edərək, onun seçkiləri qazanmasında özünün böyük rolunun olduğunu vurğulayıb.

Trampdan Maska cavab: "Biznes əlaqələri dayandırılacaq"

Maskın tənqidlərinə cavab olaraq, Tramp, onun “SpaceX” şirkətinin federal hökumətlə həyata keçirdiyi genişmiqyaslı müqavilələri dayandırmağı təhdid edib. Bu müqavilələr, Maskın şirkətinin fəaliyyətinin əsasını təşkil edir.

Seçilən
46
50
hafta.az

10Mənbələr