AZ

"Tramp Nobel mükafatı üçün vasitəçiliyə can atır" – Rusif Hüseynov

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsində vasitəçi rolunu canlandırmaq cəhdləri arxasında şəxsi siyasi ambisiyaları dayanır.

Bu barədə News365.az-a açıqlamasında politoloq Rusif Hüseynov bildirib.

Onun sözlərinə görə, Trampın mümkün vasitəçilik təşəbbüsü yalnız regional sülhə deyil, həm də şəxsi imicinə yönəlib:
“Əgər söhbət Trampın şəxsi prioritetlərindən gedirsə, burada onun Nobel sülh mükafatı almaq istəyi ehtimalını istisna etmək olmaz. Bu, əlbəttə, zarafat kimi səslənsə də, onun siyasi gedişlərinə baxdıqda bu istiqamətdə çalışdığını demək mümkündür.”

Politoloq vurğulayıb ki, Tramp və komandası hakimiyyətə gəldiyi ilk günlərdən ABŞ-ın xarici siyasət kursunu tez-tez dəyişib və bu, müxtəlif dövrlərdə fərqli prioritetlərin ortaya çıxmasına səbəb olub:
“Xatırlayırsınızsa, Trampın prezidentliyinin əvvəlində diqqət mərkəzində Qrenlandiya, Panama və Kanada var idi. Bu gün həmin mövzulardan əsər-əlamət yoxdur. O vaxt olduğu kimi, indi də onun komandası Ukrayna müharibəsinin dayandırılması üçün müxtəlif vasitələr axtarır. Hətta Putinlə birbaşa danışıqlara belə getməyə və müəyyən güzəştlərə hazır olduqlarını göstərmişdilər.”

Rusif Hüseynov əlavə edib ki, indiki mərhələdə Trampın istədiyi “sülh pəncərəsi” Rusiya üçün qapana bilər. Buna baxmayaraq, Vaşinqton, xüsusilə də Tramp komandası, yenə də bu münaqişədə atəşkəs əldə etmək üçün imkanlardan istifadə etməyə çalışacaq.

Politoloq hesab edir ki, qarşıdakı dönəmdə ABŞ-ın bu istiqamətdəki səyləri həm Rusiya, həm də Ukrayna ilə paralel diplomatik kanallar vasitəsilə davam etdirilə bilər

Seçilən
8
50
news365.az

10Mənbələr