AZ

Topla, tüfənglə, telefonla...: Beynəlxalq arenada zənglər müharibə qazandırır?

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Ukrayna müharibəsi qlobal siyasətin mərkəzi məsələlərindən biri olaraq gündəmdə qalmaqda davam edir.

Artıq bu münaqişə yalnız Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurma kimi deyil, həm də beynəlxalq güc balansını müəyyən edən strateji mübarizə kimi qiymətləndirilir. Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında baş tutan son telefon danışığı da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Söhbət zamanı bir sıra məsələlərlə yanaşı Ukrayna mövzusu da müzakirə olunub və tərəflərin yanaşmaları münaqişənin yaxın zamanlarda həll olunacağına dair nikbinlik yaratmayıb.

Putin hücumların dayandırılması ilə bağlı çağırışlara mənfi cavab verərək hərbi əməliyyatları davam etdirmək niyyətində olduqlarını bir daha göstərib. Tramp isə ABŞ-nin Ukraynaya dəstək siyasətinə ehtiyatla yanaşır, əvvəlki administrasiyanı ölkənin silah ehtiyatlarını tükətməkdə ittiham edir. Bu isə Qərbin Ukrayna məsələsində nə qədər davamlı və qətiyyətli mövqe sərgiləyəcəyi sualını gündəmə gətirir. Belə görünür ki, müharibə həm siyasi, həm də geosiyasi alətlər vasitəsilə uzadılır və tərəflər birbaşa toqquşmadan çəkinərək vəziyyəti strateji təzyiq vasitəsi kimi dəyərləndirirlər.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Tural İrfan bildirib ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığında bir sıra məsələlərlə yanaşı Ukrayna məsələsi də müzakirə olunub:

"Trampın hücumları dayandırmaqla bağlı istəyinə Putin mənfi cavab verib, lakin danışıqlara hazır olduqlarını bildirib. Tramp isə Ukraynaya silah və digər mühümmatları verməkdə tərəddüd edir və düşünür ki, ondan əvvəlki prezident bütün Amerikanı boşaldıb və Ukraynaya verib. Hazırda hesablamalar aparılır, silah ehtiyyatları yol versə Ukraynaya yenidən yardım oluna bilər. Nəticə ondan ibarətdir ki, bu savaşı uzatmaq fikrindədirlər. Rusiya üzücü müharibə ilə Ukraynanı və Avropanı usandırmaq istəyir".

Tural İrfan: ABŞ və Avropa Rusiyadan istədiyini almayınca Ukrayna savaşı bitməz

 Onun sözlərinə görə, ABŞ-nin və Avropanın niyyəti isə Putini devrirməklə məsələni həll etməkdir. Əks halda Ukraynaya bol silah verməklə məsələ həll olmur. Rusiyadan torpaqlarını geri alsa belə o halda sülhün əldə olunacağı inandırıcı deyil. Çünki Rusiya hələ daha artığına niyyətlidir. Məsələ daha da gərginləşərsə NATO-nun müdaxiləsi qaçılmaz olacaq:

"Qəddafinin də aqibəti belə oldu. Sadəcə Qərb strateji məqam gözləyir. Müharibənin davamiyyəti zamanı kəşfiyyat, əks kəşfiyyat işləyir və əks tərəfin zəif, güclü tərəflərini öyrənir, mütəxəssislər hesablayır. Əgər ABŞ və Avropa bir addım belə geri çəkilsə bu, Ukraynanın məğlubiyyəti deyil, ABŞ-nin, Avropanın və insanlığın məğlubiyyəti olar. Bunu da gözəl anlayırlar”.

Müsahibimiz vurğulayıb ki, Ukrayna savaşı bitmək üçün başladılmayıb. Dediyinə görə, bu savaş ABŞ və Avropa Rusiyadan istədiyini almayınca bitməz. İndiki halda, Rusiyanın tələblərinə, şərtlərinə görə zəbt etdiyi torpaqları qaytarmadan razılığa gəlmək Ukraynanın və onun himayədarı Avropa və ABŞ-ın məğlubiyyəti olar:

“Məqsəd nə idi onda? Müharibəyə gedib Ukrayna xalqını qırğına verməklə torpaqlarını ruslara verib geri çəkilmək? Bu, qəbul edilə bilməz. ABŞ-nin silah verməsi də işi həll etmir. Rusiyaya da Çin, Şimali Koreya kimi dövlətlər dəstək verir. Hər bir halda bu savaşın hələ uzanacağı görünür".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
31
bakivaxti.az

10Mənbələr