Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Yüksəliş" müsabiqəsi hər il Prezidentin sərəncamı ilə keçirilir və bu, dövlətin kadr potensialının inkişafına verdiyi yüksək önəmin göstəricisidir".
Oxu.Az xəbər verir ki, bu fikri gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev beşinci "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsi çərçivəsində keçirilən tədbirdə səsləndirib.
Nazir müavini bildirib ki, dövlətin elmi-intellektual müsabiqələrə göstərdiyi diqqət və qayğı olduqca dəyərlidir:
"Biz düşünürük ki, bu, özlüyündə çox mühüm əhəmiyyət daşıyır. Çünki dövlətimizin məhz elmi-intellektual müsabiqələrə belə diqqət və qayğı göstərməsi təqdirəlayiqdir. Bu il artıq müsabiqənin 5-ci dəfə keçirilməsi ilə yanaşı, zəfərimizin də 5-ci ildönümüdür. Zəfərin 5-ci ildönümü ilə bağlı bizə mühüm və şərəfli bir vəzifə həvalə olunub və yaxın günlərdə bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".
F.Hacıyev əlavə edib ki, "Yüksəliş" müsabiqəsi gənclərin inkişafında və idarəçilik bacarıqlarının üzə çıxarılmasında mühüm rol oynayır.
Daha çox foto burada: PhotoStock.az
Aləmdə Nəsib
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.