AZ

Nazir müavini: "Yüksəliş" müsabiqəsi ölkəmizin yeganə və davamlı keçirilən müsabiqəsidir

BAKI, 4 iyul. TELEQRAF

"Yüksəliş" müsabiqəsi ölkəmizin yeganə və davamlı keçirilən müsabiqəsidir.

Teleqraf xəbər verir ki, bunu Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində deyib.

O bildirib ki, dövlətin elmi-intellektual müsabiqələrə verdiyi diqqət təqdirəlayiqdir.

Onun sözlərinə görə, “Yüksəliş” müsabiqəsi hər il ölkə başçısının sərəncamı ilə keçirilir və bu, dövlətin kadr potensialının inkişafına verdiyi yüksək önəmingöstəricisidir:

"Bu, özlüyündə çox mühüm əhəmiyyət daşıyır. Çünki dövlətimizin məhz elmi-intellektual müsabiqələrə belə diqqət və qayğı göstərməsi təqdirəlayiqdir. Bu il artıq müsabiqənin 5-ci dəfə keçirilməsi ilə yanaşı, Zəfərimizin də 5-ci ildönümüdür. Zəfərin 5-ci ildönümü ilə bağlı bizə mühüm və şərəfli bir vəzifə həvalə olunub və yaxın günlərdə bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Nazir müavini əlavə edib ki, “Yüksəliş” müsabiqəsi gənclərin inkişafında və idarəçilik bacarıqlarının üzə çıxarılmasında mühüm rol oynayır.

Seçilən
1
13
teleqraf.com

10Mənbələr