AZ

“Yüksəliş” liderlik məktəbidir – Ombudsman

Bakı. Trend:

Müasir dünyada əmək bazarının tələblərinə uyğunrəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması dövlətsiyasətinin prioritet istiqamətlərindəndir.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrəMüvəkkili Səbinə Əliyeva beşinci “Yüksəliş” müsabiqəsininyarımfinal mərhələsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, “Yüksəliş” müsabiqəsi ölkədə stratejiidarəçilik mədəniyyətinin formalaşmasına, intellektual kapitalınönə çəkilməsinə və bacarıqlı kadrların inkişafına geniş imkanlaryaradır:
“Bu təşəbbüs yalnız idarəçilik müsabiqəsi deyil, həm dəAzərbaycanın gələcəyinə xidmət edən liderlik məktəbidir,” ,– deyə ovurğulayıb.

Ombudsman qeyd edib ki, ölkəmiz təhlükəsiz və dayanıqlı dövlətmodeli kimi tanınır, qanunun aliliyinə və ədalətə söykənənqanunvericilik bazası təkmilləşdirilir. Prezident İlham Əliyevinsərəncamı ilə cari ilin “Konstitusiya və Suverenlik İli” elanedilməsi də bu məqsədlərə xidmət edir.

Səbinə Əliyeva bildirib ki, Azərbaycanın 2030-cu ilədək milliprioritetlərindən biri rəqabətqabiliyyətli insan kapitalınınformalaşdırılmasıdır:

“BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan bu məqsədmüasir biliklərin və rəqəmsal bacarıqların artırılmasını tələbedir” ,– deyə o əlavə edib.

Ombudsman həmçinin “Yüksəliş” müsabiqəsi qaliblərinin idarəetməbacarıqlarının inkişafı və həssas qrupların hüquqlarının müdafiəsisahəsində praktiki təşəbbüslərdə iştirakı üçün şərait yaradıldığınıqeyd edib. Onun sözlərinə görə, mentoru olduğu qaliblərdən biriəlilliyi olan şəxslərin hüquqlarına dair layihədə iştirak edib vəirəli sürdüyü təklif reallaşdırılmaq üzrədir.

Seçilən
9
36
az.trend.az

10Mənbələr