AZ

Erməni deputat hökuməti antierməni və protürk maraqlara xidmət etməkdə ittiham etdi – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Ermənistan" fraksiyasının deputatı Levon Koçaryan jurnalistlərə açıqlamasında bildirib ki, ölkədə baş verən son hadisələr - əvvəlcə kilsəyə qarşı aparılan kampaniya, daha sonra Baş nazir Nikol Paşinyanın Türkiyəyə səfəri - bir-biri ilə əlaqəli proseslərin tərkib hissəsidir. Onun sözlərinə görə, bu hadisələr ətrafında müxtəlif fikirlər, analizlər və ehtimallar var və səfər zamanı nələrin razılaşdırıldığına dair qeyri-müəyyənlik mövcuddur.

Koçaryan əlavə edib ki, hazırda "koridor" məsələsi və ABŞ-nin planı ətrafında da müzakirələr gedir, Birləşmiş Ərəb Əmirliklərində görüşün keçirilməsi ilə bağlı danışılır: "Bunlar hamısı bir zəncirin halqalarıdır - məqsəd müxalifəti və antierməni, protürk-azərbaycan maraqlarına qarşı çıxan mərkəzləri nüfuzdan salmaqdır."

Deputat, həmçinin, bu gün keçiriləcək Samvel Karapetyanın müdafiəsinə həsr olunmuş yürüşdə iştirak edib-etməyəcəyi və arxiyepiskop Mikaelin saxlanılması cəhdləri zamanı niyə az sayda müxalifətçinin iştirak etməsi ilə bağlı suallara cavab verərək bildirib: "Əvvəla, məlumatınız yanlışdır - mən ora gedə bilən kimi çatdım və orada azı dörd-beş deputatımız var idi. Bugünkü yürüş təkcə Karapetyanla bağlı deyil, ümumilikdə qanunsuzluğa və siyasi təqibə qarşıdır. Bu proseslər o qədər açıq qanunsuzdur ki, artıq gizlətmək və ya başqa cür təqdim etmək mümkün deyil. Biz mütləq iştirak etməliyik və bu halın qəbuledilməz olduğunu göstərməliyik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
50
olaylar.az

10Mənbələr