Olaylar.az xəbər verir ki, Türkiyəyə səfəri ərəfəsində ölkənin "Hürriyet" qəzetinə müsahibə verən Lemmi qeyd edib:
"Biz Türkiyəyə 'Eurofighter Typhoon' qırıcılarının mümkün ixracı ilə bağlı əhəmiyyətli irəliləyiş əldə etməyə davam edirik və əminik ki, 'Eurofighter' layihəsinin bütün dörd tərəfdaşı bu satışı dəstəkləyəcək. Türkiyənin bu təyyarələrdən istifadəsi NATO-nun əsas müttəfiqləri arasında onilliklərdir davam edən dostluq münasibətlərini daha da gücləndirəcək".
Nazir həmçinin NATO üzrə müttəfiqi olan Türkiyəyə Avropanın təhlükəsizliyinin qorunmasında verdiyi töhfəyə görə təşəkkür edib.
Qeyd edək ki, dördüncü nəsil çoxməqsədli "Eurofighter Typhoon" qırıcı təyyarələri hazırda Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Avstriya, Səudiyyə Ərəbistanı, Küveyt, Oman və Qətər Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunur.
Bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkəsinin Böyük Britaniya və Almaniya da daxil olmaqla, müxtəlif ölkələrlə qırıcı təyyarələrin alınması barədə danışıqları davam etdirdiyini və bu danışıqların uğurla nəticələnəcəyinə ümid etdiyini bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31