1–3 iyul 2025-ci il tarixlərində İtaliyanın Kaorle şəhərində keçirilən yunan-Roma güləşi üzrə U20 Avropa çempionatında Azərbaycan millisi uğurlu çıxışla fərqlənib.
“İki sahil” xəbər verir ki, yarışın nəticələrinə əsasən, yığmamız 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq ümumilikdə 129 xal toplayıb. Bu göstərici ilə Azərbaycan millisi komanda hesabında Avropa ikincisi olub.
Azərbaycan güləşçiləri yalnız 6 xal fərqlə birinci yeri tutmuş Gürcüstan millisinə uduzub. Ukrayna yığması da 129 xal toplasa da, medal əyarına görə Azərbaycan komandası üstün nəticə göstərərək ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) təmsilçiləri — 55 kq çəki dərəcəsində Turan Daşdəmirov və 63 kq çəki dərəcəsində Tural Əhmədov — gümüş medal qazanaraq komandanın ümumi nəticəsinə əhəmiyyətli töhfə veriblər.