İtaliyanın Kaorle şəhərində keçiriən 20 yaşlılar arasında Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
Offsideplus.az xəbər verir ki, Azərbaycan yığması 1 qızıl, 3 gümüş, 2 bürünc medalla 129 xal toplayaraq komanda hesabında Avropa ikincisi olub.
Milli komandamız çempion olan Gürcüstandan cəmi 6 xal geri qalıb.
İlk “3-lük”də yer alan Ukrayna da 129 xal toplayıb. Ancaq medalların əyarına görə, yığmamız öndə yer alıb.
Xatırladaq ki, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq), Tural Əhmədov (63 kq) və Davud Məmmədov (77 kq) gümüş, Fəraim Mustafayevlə (67 kq) Elmin Əliyev (82 kq) isə bürünc medal qazanıb.