BAKI. 3 iyul. TELEQRAF
İtaliyanın Kaorle şəhərində keçiriən U20 Avropa çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.
Teleqraf xəbər verir ki, Azərbaycan millisi 1 qızıl, 3 gümüş, 2 bürünc medalla 129 xal toplayıb və komanda hesabında Avropa ikincisi olub.
Yığma çempion olan Gürcüstandan cəmi 6 xal geri qalıb. İlk “3-lük”də yer alan Ukrayna da 129 xal toplayıb. Ancaq medalların əyarına görə, Azərbaycan millisi öndə yer alıb.
Xatırladaq ki, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq), Tural Əhmədov (63 kq) və Davud Məmmədov (77 kq) gümüş, Fəraim Mustafayevlə (67 kq) Elmin Əliyev (82 kq) isə bürünc medal qazanıb.