AZ

Millimiz 6 medalla Avropa ikincisi oldu

Bakı.Trend:

İtaliyanın Kaorle şəhərində keçiriən U20 Avropa çempionatındayunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Trend xəbərverir ki, millimiz 1 qızıl, 3 gümüş, 2 bürünc medalla 129 xaltoplayıb və komanda hesabında Avropa ikincisi olub.

Yığmamız çempion olan Gürcüstandan cəmi 6 xal geri qalıb. İlk“3-lük”də yer alan Ukrayna da 129 xal toplayıb. Ancaq medallarınəyarına görə, millimiz öndə yer alıb.

Xatırladaq ki, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər EminƏhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Ayxan Cavadov (60kq) qızıl, Turan Daşdəmirov (55 kq), Tural Əhmədov (63 kq) və DavudMəmmədov (77 kq) gümüş, Fəraim Mustafayevlə (67 kq) Elmin Əliyev(82 kq) isə bürünc medal qazanıb.

Məqalədə:
Seçilən
3
15
az.trend.az

10Mənbələr