AZ

MÜBAHİSƏLİ QANUN QƏBUL EDİLİB » AzadMedia.az

MÜBAHİSƏLİ


ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın çoxmilyardlıq vergi və xərclər paketini qəbul edib. NBC telekanalının məlumatına görə, qanun layihəsi 218 lehinə, 214 əleyhinə səslə təsdiqlənib və indi Trampın imzasını gözləyir.

Prezidentin “vahid, böyük, gözəl qanun layihəsi” adlandırdığı sənəd növbəti on il ərzində təxminən 4.5 trilyon dollarlıq vergi azaldılmasını nəzərdə tutur. Layihə həm də müdafiə xərclərinin və qeyri-qanuni miqrantların deportasiyası üçün ayrılan vəsaitin artırılmasını ehtiva edir.

Bu arada, qanun layihəsinin əleyhdarları da güclü müqavimət göstəriblər. Nümayəndələr Palatasında demokrat lider Hakeem Jeffries (Nyu-York) 8 saat 44 dəqiqə fasiləsiz çıxış edərək sənədin qəbulunu ləngitməyə çalışıb. Bu, ABŞ tarixində Palata səviyyəsində rekord sayılır.

Jeffries çıxışında bildirib ki, sənəd kasıb təbəqələrə ziyan vurur və sosial proqramlara – xüsusilə Medicaid və qida yardımı (SNAP) üçün ayrılan büdcənin kəsilməsini nəzərdə tutur.

ABŞ Konqresinin Büdcə İdarəsi isə hesab edir ki, bu qanun layihəsi nəticə etibarilə 3.3 trilyon dollar əlavə büdcə kəsiri yaradacaq.

Qeyd edək ki, respublikaçılar partiyasından olan iki konqresmen – Kentukkidən Tomas Massi və Pensilvaniyadan Brayan Fitzpatrik sənədin əleyhinə səs verib.

Prezident Trampın sənədi iyulun 4-də – ABŞ-ın Müstəqillik Günündə imzalayacağı gözlənilir. Bu isə onun seçkiöncəsi kampaniyasında mühüm simvolik addım sayılır.

Seçilən
8
45
azadmedia.az

10Mənbələr