Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatası Senatın ardınca PrezidentDonald Tramp administrasiyasının təşəbbüsü ilə hazırlanmış vəvergilərin azaldılması, eləcə də dövlət borcunun tavanınınartırılmasını nəzərdə tutan dövlət xərcləri haqqında qanunlayihəsini təsdiqləyib.
Trend xəbər verirki, qanun layihəsi 218 konqresmenin dəstəyi ilə qəbul olunub, 214nəfər isə əleyhinə səs verib.
Prezident Trampın “vahid, böyük, gözəl qanun layihəsi”adlandırdığı sənəd bir sıra sahələrdə vergilərin və dövlətxərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur.
Sənədə əsasən, müdafiə xərcləri artırılacaq və xüsusilə “Qızılqübbə” raketdən müdafiə sisteminin yaradılması üçün vəsaitayrılacaq.
Bundan əlavə, qanun layihəsində sərhəd nəzarətiningücləndirilməsi və bu istiqamətdə xərclərin artırılması ilə bağlıtədbirlər də yer alıb.