BAKI, 3 iyul. TELEQRAF
ABŞ Senatının ardınca Konqresin Nümayəndələr Palatası da Prezident Donald Trampın təşəbbüsü ilə hazırlanmış xərc və vergilər haqqında qanun layihəsini qəbul edib.
Teleqraf CNN-ə istinadən xəbər verir ki, qanun layihəsini 218 konqresmen dəstəkləyib, ikisi Respublikaçılar Partiyasından olmaqla, 214 nəfər isə onun əleyhinə səs verib.
Trampın “Vahid, Böyük, Gözəl” adlandırdığı qanun layihəsi vergilərin azaldılmasını və dövlət borcunun yuxarı həddinin artırılmasını nəzərdə tutur. Bununla yanaşı, qanun layihəsi müdafiə sahəsində, xüsusilə “Golden Dome” ("Qızıl günbəz") raket əleyhinə müdafiə sisteminin yaradılması üçün xərclərin artırılmasını nəzərdə tutur. Sənədə sərhəd nəzarətinin sərtləşdirilməsi tədbirləri daxil edilib, həmçinin bu sahədə xərclərin artırılması öz əksini tapıb.