AZ

Nümayəndələr Palatası “vahid, böyük, gözəl qanun layihəsi”ni qəbul etdi

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın vergi və xərclər haqqında qanun layihəsini qəbul edib.

“Report” xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Qanun layihəsi 218 lehinə, 214 əleyhinə səslə qəbul edilib.

"Sənəd Trampın imzasını gözləyir", - telekanal bildirib.

Qeyd olunur ki, Nümayəndələr Palatasında iki respublikaçı - Kentukkidən Tomas Massi və Pensilvaniyadan Brayan Fitzpatrik qanun layihəsinin əleyhinə səs verib.

Trampın sənədi iyulun 4-də - Müstəqillik Günündə imzalayacağı gözlənilir.

Nümayəndələr Palatasında demokrat Hakim Ceffriz (Nyu-York) qanun layihəsinə qarşı 8 saat 44 dəqiqə danışıb.

Trampın “vahid, böyük, gözəl qanun layihəsi” adlandırdığı qanun layihəsi bir sıra sahələrdə vergilərin və dövlət xərclərinin ciddi azaldılmasını nəzərdə tutur.

Seçilən
12
50
report.az

10Mənbələr