ABŞ Prezidenti Donald Tramp iyulun 7-də İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Qəzza zolağında atəşkəs elan edəcək.
Heftelik.az xəbər verir ki, bu iddia ilə İsrailin “Yedioth Ahronoth” qəzeti İsrail rəsmilərinə istinadən məlumat verib.
Qəzetin yaydığı məlumata görə, İsrail HƏMAS ilə atəşkəsin təfərrüatlarını müzakirə etməyə hazırlaşır.
Xəbərdə HƏMAS-ın təklifə razılaşacağı bildirilir. Eyni zamanda HƏMAS-ın cavabından sonra İsrailin danışıqlara başlamağa hazırlaşdığı, Trampın Qətərə, Qətərin də razılaşma üçün HƏMAS-a təzyiq etdiyi iddia edilib.