ABŞ-da Müstəqillik Günü münasibətilə İlon Mask ölkədə yeni siyasi partiyanın yaradılması ideyasını gündəmə gətirib.
AFN.az xəbər verir ki, Mask bu barədə X (keçmiş Twitter) hesabında paylaşım edib.
"Müstəqillik günü ikipartiyalı (bəziləri deyirlər ki, təkpartiyalı sistemdən) müstəqillik istəyib-istəmədiyini soruşmaq üçün əla vaxtdır! Biz 'Amerika Partiyası' yaratmalıyıqmı?" - deyə o yazıb.
Mask paylaşımına səsvermə əlavə edib. Sorğunun ilk saatında 81 mindən çox istifadəçi iştirak edib və onların 64,8 faizi yeni partiyanın yaradılmasını dəstəkləyib. Səsvermə ümumilikdə 24 saat davam edəcək.
Xatırladaq ki, daha əvvəl də Mask ABŞ-da birpartiyalı sistemə bənzər siyasi vəziyyətin mövcudluğunu tənqid edərək, insanlara həqiqətən xidmət edən alternativ bir platformanın yaradılmasının zəruri olduğunu bildirib.