Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Fələstinin HƏMAS hərəkatı İsraillə atəşkəs təklifinə müsbət cavabını vasitəçilərə çatdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin "Ynet" informasiya portalı məlumat yayıb.
Bildirilir ki, HƏMAS-ın qərarı barədə yaxın saatlarda rəsmi açıqlama gözlənilir.
Xatırladaq ki, bundan əvvəl radikal hərəkat özünün "Telegram" kanalında yaydığı açıqlamada vasitəçilər tərəfindən Qəzza zolağında atəşkəsə dair aparılan dolayı danışıqlar çərçivəsində təkliflərin öyrənildiyini bildirib. HƏMAS həmin təşəbbüslərin dəqiq məzmununu açıqlamasa da, hər hansı razılaşmanın Qəzzada hərbi əməliyyatların tam dayandırılması, İsrail qoşunlarının ərazidən çıxarılması və humanitar yardımın bölgəyə daxil olması şərtlərini əhatə etməli olduğunu vurğulayıb.
Çərşənbə günü HƏMAS-a yaxınlığı ilə tanınan "Maan" agentliyi xəbər verib ki, yeni təşəbbüs 60 günlük atəşkəsi, 10 girovun azad olunmasını, 18 həlak olmuş israilli girovun cəsədlərinin Təl-Əvivə verilməsini və İsrail ordusunun bölmələrinin blokadada olan anklavın cənubuna, Rəfah və Xan-Yunis şəhərləri arasında yerləşən "Moraq" xəttinin arxasına çəkilməsini nəzərdə tutur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.