
İyulun 7-də ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Qəzza zolağında atəşkəs elan olunacağı gözlənilir. Bu barədə məlumatı İsrailin nüfuzlu “Yedioth Ahronoth” qəzeti yayıb. Nəşr İsrail rəsmilərinə istinadən bildirib ki, tərəflər atəşkəslə bağlı razılığa gəlmək üçün son mərhələyə keçiblər.Məlumata görə, İsrail artıq HƏMAS-la atəşkəsin detallı şərtlərini müzakirə etməyə hazırlaşır. Qəzet yazır ki, HƏMAS bu təklifə “bəli” deməyə meyllidir və razılaşmaya yaxın dayanır.Xəbərdə həmçinin bildirilir ki, razılaşmanın əldə olunması üçün Qətər vasitəçilik edir – Vaşinqton Dohaya, Doha isə HƏMAS-a təzyiq göstərir.Bütün baxışlar indi iyulun 7-nə dikilib: Tramp Qəzzada atəşi dayandıra biləcəkmi?Ulusum.az
Diqqət Çəkənlər
Qaraciyərin piylənməsi: İncə bədən, amma gizli təhlükə
Xankəndidə Konqres Mərkəzi açılıb - FOTO
Modanın imperatoru bu villada cəmi bir gecə qalmışdı – Malikanə milyonlara satıldı - FOTO