AZ

“Rusiya Azərbaycanla dost olmağa möhtacdır!” – Elman Nəsirov

“Əvvəla onu qeyd edim ki, haqqında bəhs olunan sənəd Azərbaycan parlamentində ratifikasiya olunmayıb. Sənəd ratifikasiya olunanda gücü dəfələrlə artır. Müqayisə üçün, 2021-ci ilin 10 iyun tarixində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsi müvafiq olaraq, hər iki ölkə parlamentlərində ratifikasiya olunub”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. O, bildirib ki, Rusiyanın son zamanlar etdikləri strateji müttəfiqlik münasibətlərinə qətiyyən uyğun gəlmir:

“2022-ci ilin fevralında Azərbaycan və Rusiya münasibətlərinin səviyyəsi ən yüksək həddə çatdı. Yəni Müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında bəyannamə imzalandı. Biz münasibətlərimizi strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qaldırdıq. Bu o deməkdir ki, fundamental məsələlərdə biz ortaq mövqedən çıxış edirik və qarşılıqlı öhdəliklər götürmüşük. Xüsusən qeyd etdiyim kimi, birtərəfli yox, qarşılıqlı. Ancaq məsələ burasındadır ki, müqavilə o zaman işlək vəziyyətdə olur ki, hər iki tərəf ona hörmətlə yanaşsın. Amma keçən ilin dekabrın 25-də Azərbaycanın mülki təyyarəsinin Rusiya səmasında vurulmasında sonra münasibətlərimizdə ciddi gərginlik yarandı. Bu cinayətə imza atmış canilər, indiyə qədər də azadlıqda gəzirlər. Bunun ardınca azərbaycanlı millət vəkilinin Moskva hava limanından deportasiya edilməsini gördük. Ardınca isə Azərbaycana qarşı Rusiya tərəfindən kiberhücumlar həyata keçirilməyə başladı. Bu heç bir halda müttəfiq davranışı deyil, qeyri-dost davranışıdır. Nəhayət, iyun ayının 27-də Yekatrinburq şəhərində Azərbaycan icmasının üzvlərinə qarşı törədilmiş cinayət və cinayətin miqyasının həddən artıq böyük olması. Bu cinayəti törədənin ayrı-ayrı kriminal elementlər deyil, dövlət strukturları tərəfindən edilməsi, əslində oradakı soydaşlarımızın da asayişi, təhlükəsizliyini təmin etməli olan qüvvələr həyata keçirdi. Belə olan vəziyyətdə təbii ki, münasibətlərdə son dərəcə ciddi böhran yaşandı. Bu gün Azərbaycan-Rusiya münasibətləri ciddi siyasi və diplomatik böhran səviyyəsindədir. Bütün məsuliyyət isə göründüyü kimi qarşı tərəfin üzərinə düşür. Bu kimi davranışlar bizim strateji müttəfiqlik münasibətlərimizə uyğun gəlmir. Əvvəla onu qeyd edim ki, haqqında bəhs olunan sənəd Azərbaycan parlamentində ratifikasiya olunmayıb. Sənəd ratifikasiya olunanda gücü dəfələrlə artır. Müqayisə üçün, 2021-ci ilin 10 iyun tarixində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsi müvafiq olaraq, hər iki ölkə parlamentlərində ratifikasiya olunub”. Marqarita pizza

Millət vəkili vurğulayıb ki, Rusiya münasibətlərin yenidən bərpa edilməsini istəyirsə, 4 əsas məsələ ilə bağlı konkret addımlar atmalıdır:

“İlk növbədə, 2 nəfər soydaşımızın qətlinə bais olan həmin paqonlu cinayətkarlar həbs edilməlidir. Qanun aliliyi təmin edilməli və Rusiya tərəfindən Azərbaycana xeyirxah jestlər edilməlidir. Biz görməliyik ki, qarşı tərəf dərk edir ki, Azərbaycanla bu dildə danışmaq olmaz. Kim ki Azərbaycanla güc dili ilə danışmaq istəyir, bir Azərbaycanın yerləşdiyi coğrafiyaya baxsın. Görsün ki, Azərbaycan özü hansı gücə malikdir və Azərbaycanın necə güclü müttəfiqləri var. Rusiyanın Azərbaycana çox böyük ehtiyacı var. Rusiya Azərbaycanla dost olmağa möhtacdır. Çünki Cənubi Qafqaz regionu çox əhəmiyyətli regiondur və burada yeganə dövlət Azərbaycandır ki, Rusiya ilə analoji sənədi imzalayıb və bu sənədə tam sadiqdir. Eyni fikri Gürcüstan haqqında demək olmaz. Mahiyyət etibarı ilə, Gürcüstan qərbyönülmü siyasət yürüdür. Ermənistan da tam qərbyönümlüdür. Heç kəsə sirr deyil ki, KTMT-də fəaliyyətini donduran, ora üzvlük haqqı verməyən, Avropa İttifaqına üzvlük üçün çox ciddi sənədlər hazırlayan bir dövlət qərbyönümlüdür. Bu reallıqda yeganə dövlət Azərbaycandır ki, Rusiya ilə strateji tərəfdaşlıq sənədi imzalayıb və dostluq münasibətlərinə sadiqdir. Belə bir dövləti itirmək nə dərəcədə Rusiyanın mənafeyinə uyğundur? Qətiyyən uyğun deyil, əksinə, ziyandır. Rusiya əvvəlki münasibətlərin bərpasını istəyirsə, ilk növbədə həmin mülki təyyarəmizin vurulmasına cavabdeh olan canilər dərhal cəzalandırılmalıdır. İkincisi, tam aydınlıq gətirilməlidir ki, azərbaycanlı deputat hansı səbəbdən deportasiya edildi. Üçüncüsü, Azərbaycana qarşı kiberhücumlar reallaşdırıldı və xeyli maddi-mənəvi ziyan dəydi. Bütün bu reallıqları qoy Rusiyanın müvafiq kəşfiyyat orqanları üzə çıxarsın. Nəhayət, dördüncüsü və ən dəhşətlisi Yekatrinburqda baş verən son cinayət hadisədir ki, həmin cinayətdə əli olanlar üzə çıxarılmalıdır. Bu adamlar cəzasını almalıdır. Rusiya rəhbərliyi səviyyəsində bu məsələyə aydınlıq verilməlidir”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
6
50
yenisabah.az

10Mənbələr