AZ

Putin Paşinyanı devirməyə çalışır: "Baş nazirə sui-qəsd ola bilər"

"Rusiya ilə Azərbaycan arasında yaranan siyasi böhranın davam etməsi gözlənilir. Rusiya Cənubi Qafqazda geosiyasi mövqeləri zəifləyir. Rusiya ikinci Qarabağ müharibəsində imzalanan 10 noyabr üç tərəfli bəyannaməsi regionda qalıcılığını planlaşdırırdı.

Artıq 10 noyabr üçtərəfli bəyannamə qüvvədən düşüb"

Bu sözləri "Sitat.info"ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, bundan sonra da Rusiya Azərbaycana qarşı təxribatlara əl ata bilər:

"Rusiya Xəzər dənizində Azərbaycana qarşı təxribatlara əl ata bilər. Qeyd edim ki, "Orta dəhliz" Xəzər dənizindən keçir. Təbii k, burada Çinin geosiyasi maraqları da təhdid edilə bilər.

Rusiya Azərbaycana tam təzyiqlər etmək və regionda qalmaq üçün Ermənistanda N. Paşinyanın devrilməsinə maksimum çalışacaq. Azərbaycana təzyiqlər daima Ermənistan üzərindən olub. Rusiya Kilsə və müxalifətdən istifadə edərək hakimiyyəti yıxmağa çalışır. Rusiyanın Ermənistanda qalib gəlmək şansları yoxdur. Xalq da bilir ki, Rusiyanın dəstəklədiyi qüvvələrin hakimiyyətə gəlişi Azərbaycanla müharibə deməkdir. Ermənistan baş nazirinə Rusiyanın sui-qəsd etməsi istisna deyil".

Aytac,

Sitat.info

Seçilən
21
50
sitat.info

10Mənbələr