AZ

“Bu addımın müqabilində Rusiyanın internet təminatı məhdudlaşdırıla bilər”

“Azərbaycanın bir neçə magistral internet kanalı var. Rusiyadan asılı deyilik. Amma ümumi kompleks ələ alınsa, təbii ki, münaqişə, yaxud siyasi gərginlik fonunda, mütləq kiberhücumlar baş verir. Bu, zəmnəmizin müharibə üsullarından biridir. Amma xüsusi bir internet magistral kanalının zədələnməsi gözlənilmir”.

Bu sözləri "Yeni Sabah"a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov deyib.

IT ekspertinin sözlərinə görə, bir neçə ay əvvəl Rusiya hakerləri Azərbaycan saytlarına kiberhücum etmişdi: Sezar pizza

“İsrail-İran toqquşmaları zamanı da kiber sahədə kifayət qədər qarşılıqlı, genişmiqyaslı hücumlar gördük. “Telegram” kanalları və digər mənbələrdə kifayət qədər insidentlər, hadisələr qeydə alındı. Bunu deməkdə məqsədim odur ki, bu gün istənilən 2 ölkə, yaxud qruplaşmalar arasında baş verən müharibələr zamanı mütləq kiberhücumlar baş verir. Buna bir neçə ay öncə Rusiyadan APT hücumları zamanı şahid olduq. Azərbaycanın aidiyyəti qurumlarının hazırladığı hesabatlarda Rusiyanın “APT29” ("Kozy Bear") haker qrupu ölkənin informasiya məkanında mövcud olan 10-dan çox sayta hücum etdiyi qeydə alınıb”. 

Elvin Abbasov qeyd edib ki, Azərbaycan internet təminatında Rusiyadan asılı deyil:

“Əgər Rusiyadan məkrli bir məqsəd olsa, bu sadəcə özünü gülünc vəziyyətə salma olacaq. Çünki Azərbaycan internet təminatında Rusiyadan asılı vəziyyətdə deyil. Onlar bağlasalar belə, alternativ internet magistrallarımız var. Əgər belə bir hal olsa, ümumi internet şəbəkəsinin əsas buraxılış hissəsi ABŞ-dədir. Bu addımın müqabilində Rusiyanın internet təminatı məhdudlaşdırıla bilər.

Hazırda Rusiyaya qarşı nə qədər sanksiya olsa da, internet məhdudlaşdırılmır. Çünki internet artıq elə bir fəzaya çıxıb ki, bu fəzada istənilən bir şeyi məhdudlaşdırsan, yenə də azadlıq əldə oluna bilir. Rusiya sadəcə öz daxilində Azərbaycan IP-lərini məhdudlaşdıra bilər”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
12
50
yenisabah.az

10Mənbələr