AZ

Bu ölkə xarici tələbələr üçün təhsil haqqını endirdi

Hindistanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Jawaharlal Nehru Universiteti (JNU) xarici tələbələr üçün təhsil haqlarını əhəmiyyətli dərəcədə endirib. Yeni qərara əsasən, xarici tələbələr üçün semestr ödənişləri 33 faizdən 80 faizə qədər azaldılıb.

AzEdu.az xarici mənbələrdən aldığı rəsmi məlumata əsasən xəbər verir ki, endirimlər regional qruplaşmalar üzrə fərqləndirilib. SAARC ölkələrindən olan tələbələr humanitar fənlər üzrə əvvəl 700 ABŞ dolları ödədikləri halda, bu məbləğ indi 200 dollara endirilib. Təbiət elmləri sahəsində isə ödəniş 300 dollara salınıb. Afrika və Latın Amerikası ölkələrindən olan tələbələr üçün bu göstəricilər müvafiq olaraq 300 və 400 dollar olub – əvvəlki məbləğdən təxminən 80 faiz daha ucuz.

Universitet rəhbərliyi bildirir ki, bu qərar son illərdə beynəlxalq tələbələrin sayında yaşanan ciddi azalmaya qarşı atılmış addımdır. Əgər 2020–21-ci tədris ilində JNU-da 152 xarici tələbə təhsil alırdısa, bu rəqəm 2023–24-cü ildə 51-ə enib. Tələbələrin gəldiyi ölkələrin sayı isə 14-dən 8-ə düşüb.

JNU-nun rektoru Santishree Pandit bildirib ki, bu təşəbbüs Milli Təhsil Siyasəti – NEP 2020 çərçivəsində həyata keçirilir və məqsəd Qlobal Cənub ölkələrindən olan tələbələrin təhsil imkanlarını genişləndirməkdir. Universitet həmçinin xarici tələbələr üçün 500 dollarlıq qeydiyyat haqqı tətbiq edəcək.

 

Seçilən
18
48
azedu.az

10Mənbələr