Gələn mövsüm Türkiyə Super Liqasında azarkeşlərini sevindirmək istəyən "Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, "qara qartallar" ötən mövsümü icarə əsasında "Napoli"də keçirən və müqavilə ilə "Milan"a məxsus olan Noa Okaforla yaxından maraqlanır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İddialara görə, İstanbul təmsilçisi 25 yaşlı vingeri satınalma variantı ilə icarəyə götürmək üçün təklif göndərib. Lakin "rossonyerilər" bu təklifi rədd edib. A Seriyası klubu Nigeriya əsilli isveçrəli futbolçunu 15 milyon avroya satmağı planlaşdırır.
Okaforla həmçinin Braziliyanın "Flamenqo" klubu da yaxından maraqlanır.
Qeyd edək ki, İsveçrə millisinin üzvü olan Okaforun "Milan"la müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Mourinyodan sürpriz qərar: İrfan Canı əsas qapıçı kimi görür
"Qalatasaray"dan Yann Zommer bombası
Argentina millisinin üzvü "Marsel"də
Tarixdə bu gün: 1998 Dünya Kubokunda dramatik qələbə - VİDEO
İtaliya A Seriyasına yüksələn klubda yeni baş məşqçi