AZ

"Fənərbağça"nın əsas hədəfi bəlli oldu

BAKI, 23 iyun. TELEQRAF

Türkiyənin "Fənərbağça" klubunun yay transfer pəncərəsi üçün əsas hədəfi bilinib.

Teleqraf "A Bola"ya istinadən xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın "Benfika" komandasında çıxış edən Orkun Kökçü ilə maraqlanır.

Məlumata görə, "sarı-lacivərtlilər" 25 yaşlı yarımmüdafiəçi üçün pul kisəsini açmağa hazırdır.

2014-cü ildən çempionluq həsrətində olan "Fənərbağça"nın Orkun Kökçü ətrafında güclü komanda qurmaq istədiyi yazılıb. Digər tərəfdən, “Fənərbağça”nın portuqaliyalı baş məşqçisi Joze Mourinyonun da Türkiyə millisinin üzvünə sərbəst rol verməyi və "10" nömrə mövqeyində oynatmağı planlaşdırdığı bildirilir.

"Benfika" Kökçünü 2023-cü ilin yayında Niderland "Feyenoord"undan 25 milyon avroya transfer edib. Bu, Portuqaliya klubunun indiyə qədər etdiyi ən bahalı transferdir. "Qırmızı-ağlar" türkiyəli oyunçusunu 40 milyon avrodan aşağı qiymətə satmayacağı deyilir.

Qeyd edək ki, Orkun Kökçü son mövsüm ərzində meydana çıxdığı 51 oyunda 12 qol və 9 məhsuldar ötürmə müəllifi olub. O, Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün qardaşıdır.

Seçilən
5
9
teleqraf.com

10Mənbələr