"Qalatasaray" klubu orta sahə üçün yeni transfer etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, "Cim-Bom"un siyahısındakı futbolçulardan biri Orkun Kökçüdür. Bu barədə "TRT Spor" məlumat yayıb. 

Türkiyə milli komandasının üzvü "Benfika"dan ayrılmağa razıdır. Portuqaliya klubu isə O.Kökçü üçün ən az 25 milyon avro tələb edir. 

Ötən mövsüm "Qalatasaray"dan Elias Jelerti istəyən "Benfika"ya transfer mübadiləsi təklif edilən bilər.