"Fənərbaxça"nın "Benfika"nın ulduzu Orkun Kökçünü transfer etmək istədiyi iddia edilib. Metbuat.az xəbər verir ki, tərəflər arasında danışıqlar aparılıb. Portuqaliya mətbuatı “A Bola”da yer alan xəbərə görə, Orkun Kökçü Klublararası Dünya Çempionatında “Ouklend Siti” ilə oynadıqları matçın 61-ci dəqiqəsində əvəz edilib.Oyundan çıxan Orkun Kökçü məşqçi Bruno Lage ilə mübahisə edib. İddialara görə, “Fənərbaxça” Klublararası Dünya Çempionatından əvvəl futbolçu ilə təmas qurub. Xəbərin təfərrüatlarında bildirilir ki, “Fənərbaxça” türk ulduzun ətrafında güclü komandanın qurmaq istəyir.