AZ

“Liverpul” məşqçilər heyətində dəyişiklik edib

İngiltərənin “Liverpul” klubu məşqçilər heyətinə iki mühüm təyinatı reallaşdırıb

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, tanınmış mütəxəssis Covanni van Bronkhorst baş məşqçi Arne Slotun köməkçisi təyin olunub.

50 yaşlı mütəxəssis futbolçu karyerasında “Feyenoord”, “Reyncers”, “Arsenal” və “Barselona” kimi klublarda çıxış edib.

Van Bronkhorst son olaraq ötən ilin payızında “Beşiktaş”da baş məşqçi vəzifəsində çalışıb və o vaxtdan bəri işsiz idi.

Eyni zamanda “Liverpul” qapıçılar üzrə məşqçi Xavi Valeronun da komandaya geri döndüyünü açıqlayıb. O, 2007–2010-cu illərdə də “Liverpul”da eyni vəzifədə çalışmışdı. Valero bu dəfə “Vest Hem”də keçirdiyi yeddi ilin ardından “Enfild”ə qayıdır.

 

Seçilən
29
50
90deqiqe.az

10Mənbələr