Azərbaycan Premyer Liqasına uzun fasilədən sonra geri qayıdan “Karvan” heyətini legionerlərlə gücləndirməyə davam edir.
Apasport.az saytına verilən məlumata görə, hazırda Yevlax təmsilçisi San Tome və Prinsipi millisinin qapıçısı Pedro Mateusla danışıq aparır.
28 yaşlı qolkiperin “Karvan”a keçidi an məsələsidir.
Tərəflər arasında maliyyə məsələsində problem çıxmasa, Mateuş yeni mövsümdən “Karvan”ın qapısını qoruyacaq.
Qeyd edək ki, “Maritimo”, “Sanxoanense”(hər ikisi Portuqaliya), “Olimpias Limpion”(Kipr) klublarında çıxış edib. Hazırda klubsuz olan qolkiper son olaraq “Feyrense”də oynayıb.
Portuqaliyalı futbolçu “Kəpəz”də - RƏSMİ
"Zirə"nin rəqibindən qələbə
Fərid Qayıbov BMT rəsmisi ilə görüşüb
"Qarabağ"ın sabiq legioneri çinlilərin radarında
"Kəpəz"də yeni transfer