AZ

Covanni van Bronkhorst “Liverpul”da

Niderland millisinin sabiq üzvü Covanni van Bronkhorst bundan sonra İngiltərənin “Liverpul” komandasında işləyəcək.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

50 yaşlı mütəxəssis “Liverpul”un baş məşqçisi olan həmyerlisi Arne Slotun köməkçisi təyin edilib.

Xatırladaq ki, van Bronkhorst son olaraq Türkiyənin “Beşiktaş” komandasının baş məşqçisi olub. O, ötən ilin iyun ayında “Beşiktaş”ın baş məşqçisi təyin edilmiş və noyabrda vəzifəsindən ayrılmışdı. Ondan sonra niderlandlı mütəxəssis UEFA-da işləyirdi.

Covanni van Bronkhorst “Beşiktaş”ı bütövlükdə 20 oyuna çıxarıb. “Qara qartallar” bu görüşlərdə 10 qələbə qazanıblar, 4 heç-heçə ediblər, 6 məğlubiyyətə üzülüblər.

Van Bronkhorst “Beşiktaş”dan öncə “Reyncers”, “Quançjou”, “Feyenoord” kimi klublarda da baş məşqçi kimi çalışıb.

Seçilən
30
50
arena.az

10Mənbələr