ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
“Turan Tovuz” transfer çalışmalarını davam etdirir.
Sportal.az saytına verilən məlumata görə, qərb təmsilçisinin heyətinə qata biləcəyi oyunçular arasında Rikardo Matosun da adı var.25 yaşlı futbolçu hazırda azad agent statusuna malikdir.
O, son dəfə Rumıniyanın “Qloriya”(Buzau) klubunun futbolçusu olub. “Turan Tovuz” hazırda portuqal hücumçu ilə danışıqlarını davam etdirir.
Onun oynadığı klublar arasında “Askoli”, “Kazertana”, “Olhanense”, “Portimonense”, “Belenenseş” klubları da var.Qeyd edək ki, “Turan Tovuz” yay “transfer pəncərəsi” zamanı hələ ki bir oyunçunu heyətinə qatıb. Söhbət “Benfika”nın sabiq üzvü David Tavareşdən gedir.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.