AZ

İmmobile "Beşiktaş"dan gedib

"Beşiktaş" italiyalı hücumçu Ciro İmmobile ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, 35 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

"Qara qartallar" İmmobileyə 2,6 milyon avro təzminat ödəyəcək. İstanbulu tərk edən Ciro "Bolonya"ya keçməsi gözlənilir.

Qeyd edək ki, "Beşiktaş" İmmobileni ötən ilin yayında "Latsio"dan transfer olunub. "Qara qartallar"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz

Seçilən
6
2
idman.biz

10Mənbələr