"Beşiktaş" futbolçusu Ciro İmmobile ilə yollarını ayırıb.
QOL.az "TRT Spor"a istinadən xəbər verir ki, İstanbul klubu italiyalı hücumçu ilə müqaviləyə qarşılqlı razılıq əsasında xitam verib. .
35 yaşlı forvardın bu gecə İstanbulu tərk edəcəyi bildirilib.
Qeyd edək ki, Ciro İmmobile ötən ilin yayından "Beşiktaş"da çıxış edir. O, indiyədək komandada 41 rəsmi matçda 19 qol vurub və 4 məhsuldar ötürmə edib.